Atəş altında çap olunan ümid...
14:44 28.10.2026
0
0
0
Son dövrlər elektroskuterlərdən istifadə edən bəzi şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulması halları müşahidə olunur.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) elektroskuter istifadəçilərinə müraciətində bildirilib.
Qeyd olunub ki, xüsusilə bir elektroskuterdə iki nəfərin hərəkət etməsi, işıqforun qadağanedici siqnalına məhəl qoyulmaması, qəfil və təhlükəli manevrlərin edilməsi, piyadaların hərəkətinə maneə yaradılması ciddi narahatlıq doğurur.
“BDYPİ elektroskuter istifadəçilərinə müraciət edərək bildirir ki, hərəkət zamanı yol nişanlarının və işıqforun tələblərinə əməl edilməli, sürət həddi aşılmamalı, piyadaların təhlükəsizliyi mütləq nəzərə alınmalıdır. Unutmayaq ki, yol mədəniyyəti yalnız qaydalara əməl etmək deyil, həm də digər hərəkət iştirakçılarının hüquqlarına hörmətlə yanaşmaqdır”, - deyə müraciətdə vurğulanıb.
Digər xəbərlər