Dövlət Xidməti mədəni irs üzrə ən yaxşı data innov...
22:18 20.04.2026
0
0
0
Martın 6-da Belarusun xarici işlər naziri Maksim Rıjenkov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
"Şərq qapısı" xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, telefon danışığı zamanı nazirlər regionda baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparıblar. Hərbi eskalasiya ilə bağlı narahatlıq ifadə olunaraq, gərginliyin daha da artmasına səbəb ola biləcək addımlardan çəkinməyin vacibliyi vurğulanıb.
Ceyhun Bayramov belaruslu həmkarını martın 5-də İran İslam Respublikası tərəfindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilmiş dron hücumları barədə məlumatlandırıb.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Digər xəbərlər