NAXÇIVAN :

18 Noyabr 2026, Çərşənbə

Bundestaqın deputatları Milli Məclisdə olublar

...

Milli Məclisin deputatları - Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov və qrupun üzvü Kamal Cəfərov Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadefulun ölkəmizə səfəri çərçivəsində nümayəndə heyətinin üzvü olan Almaniya Bundestaqının deputatları Daniel Kölbi və Lamya Kaddor ilə görüşüblər.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, bu baxımdan parlamentlərarası əlaqələrin əhəmiyyəti qeyd olunub. Söhbət zamanı parlament dostluq qrupları arasında əməkdaşlığın mövcud vəziyyəti və qarşılıqlı maraq doğuran digər mövzularda fikir mübadiləsi aparılıb.

Bundestaqın deputatları, həmçinin Milli Məclisin inzibati binası və burada yaradılmış iş şəraiti ilə tanış olublar.

Nəşr edilib : 18.11.2026 12:04