Gənclər və idman naziri “Eurosport”un nümayəndələr...
22:47 18.11.2026
0
0
0
NAXÇIVAN :
18 Noyabr 2026, Çərşənbə
Noyabrın 18-də Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir səlahiyyətlərini müvəqqəti icra edən Fazil Məmmədov Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində “Açıq mikrofon” layihəsi üzrə ali təhsil ocağının tələbə və müəllimləri, eləcə də mədəniyyət ictimaiyyəti ilə görüşüb.
“Şərq qapısı” xəbər verir ki, tədbirdən öncə Naxçıvan Dövlət Universitetinin Konservatoriyası ilə tanışlıq olub.
Görüşdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək Naxçıvanda musiqi mədəniyyətinin inkişafı istiqamətində görülən işlərdən, Ulu Öndər Heydər Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb. O, mədəniyyət və təhsil müəssisələri arasında əməkdaşlığın, xüsusilə qarşılıqlı kadr təminatının vacibliyini vurğulayıb. Ölkənin müxtəlif bölgələrindən olan gənclərin Naxçıvan Dövlət Universitetini seçdiyini bildirən rektor universitet məzunlarının Mədəniyyət Nazirliyinin sistemində işlə təmin olunması məsələsinin də əhəmiyyətini qeyd edib.
Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir səlahiyyətlərini müvəqqəti icra edən Fazil Məmmədov çıxış edərək Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafı sahəsindəki xidmətlərindən, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə mədəniyyətin yeni inkişaf mərhələsinə yüksəldiyindən, xüsusilə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu sahədə görülən işlərdən bəhs edib. Daha sonra Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyəti və həyata keçirilən layihələr, mədəniyyət müəssisələrində informasiya texnologiyalarının tətbiqi, xüsusilə də Mədəniyyət Konsepsiyasının icrası barədə məlumat verilib. Bildirilib ki, Naxçıvan Dövlət Universiteti ilə qarşılıqlı fəaliyyətin gücləndirilməsi, kadr hazırlığı, məzunların nazirlik sistemində işlə təminatı bu gün qarşıda duran əsas vəzifələrdəndir.
Həmçinin görüşdə Naxçıvanda Mədəniyyət Forumunun təşkil olunacağı, “Mədəniyyət könüllüləri” layihəsinə start veriləcəyi, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Televiziyası və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə muğam müsabiqəsinin keçiriləcəyi diqqətə çatdırılıb.
Sonra görüş iştirakçılarının sualları cavablandırılıb, təklifləri dinlənilib.
Digər xəbərlər