Gənclər və idman naziri “Eurosport”un nümayəndələr...
22:47 18.11.2026
0
0
0
Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş beynəlxalq reytinqli şahmatın rapid növü üzrə turnir başa çatıb.
“Şərq qapısı” xəbər verir ki, noyabrın 18-də şahmatçıların mükafatlandırma mərasimi keçirilib.
Turnirin baş hakimi Urfan Sevdimalıyev məlumat verib ki, Zəfər Gününün önəmini əks etdirən və gənclərin intellektual inkişafına töhfə vermək məqsədilə təşkil olunan, müxtəlif yaş kateqoriyalarında mübarizə aparan şahmatçıların bilik və bacarıqlarını nümayiş etdirdikləri turnirdə, ümumilikdə, 93 şahmatçı iştirak edib.
Şahmatçılardan 72-si reytinqli, 21-i reytinqsiz, 18-i qadın, 75-i kişi iştirakçıdır. Yaş qrupları üzrə 6-16 yaş arasında 67 şahmatçı, həmçinin 5 veteran şahmatçı mübarizə aparıb.
Sonra Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları tərəfindən qalib şahmatçılara və turnirin hakimlərinə mükafatlar təqdim edilib.
Turnirin yekun nəticələrinə əsasən ümumi qaliblər sırasında I yerə Mirsaleh Seyidli, II yerə Toğrul Həsanzadə, III yerə isə Pərviz Qasımov layiq görülüb.
Yarışın ən yaxşı qadın şahmatçısı Fəridə Şükürova olub. Veteranlar arasında isə Adil Sevdimalıyev qalib adını qazanıb.
Digər xəbərlər