NDU-da Naxçıvanın milyon illik təbiət tarixini yaş...
20:23 17.09.2026
0
0
0
NAXÇIVAN :
17 Sentyabr 2026, Cümə axşamı
Ordubadın zəngin tarixi, özünəməxsus mədəni irsi və etnoqrafik xüsusiyyətlərini əks etdirən “Cənnətin iqamətgahı” sənədli-musiqili-etnoqrafik filminin premyerası keçirilib. Ordubad Şəhər Mədəniyyət Sarayında baş tutan təqdimat mərasimində rəsmi şəxslər, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mədəniyyət Nazirliyi və İCESCO-nun dəstəyi ilə ərsəyə gələn ekran əsəri qədim şəhərin tarixi və mədəni yaddaşını özünəməxsus ekran dili ilə təqdim edir.
Ekran əsərinin ideyası, çəkiliş mərhələləri və əsas qayəsi haqqında filmin ssenari müəllifi, Avropa Kino Akademiyasının üzvü Kamran Qasımov fikirlərini bizimlə bölüşüb: “Filmin ideyası uzun müddətdir, var idi. Lakin Ordubadın İCESCO-nun ilkin siyahısına daxil edilməsi bu layihəni gerçəkləşdirmək üçün bizdə böyük bir ilham yaratdı. Əslində, layihəni bir-iki il əvvəl yazmışdım. Mədəniyyət Nazirliyinin dəstəyi, İCESCO-nun isə tərəfdaş kimi çıxış etdiyi filmimizin mart ayında ilkin çəkilişlərinə başladıq”.
Filmin məzmun və quruluş xüsusiyyətlərinə toxunan rejissor ekran əsərinin üç fəsildən ibarət olduğunu və çəkilişlərin 11 kəndi əhatə etdiyini bildirib: “Film üç fəsildən ibarətdir. Təbii ki, Ordubadı bir ekran əsəri ilə tam əhatə edə bilmərik, buna görə də bizimki daha yığcam bir yanaşmadır. Çəkilişlərimiz 11 kənddə aparıldı. Düşünürəm ki, xarici auditoriya da bunu maraqla qəbul edəcək və filmə öz dəstəyini verəcək”.
Ekran əsərinin əsas qayəsinin insan və tarix olduğunu vurğulayan rejissor filmin yaddaşın qorunmasına xidmət etdiyini deyib: “Bu filmin əsas qayəsi insanlardır, tarixdir. Ekran əsəri, ilk növbədə, yaddaşın təzələnməsi üçündür. Çünki yaddaş təzələnsə də, onun kökü həmişə olduğu kimi qalır və yaşayır".
Digər xəbərlər