Bakı və Belqrad ikitərəfli əməkdaşlığın fəallaşdır...
19:35 17.09.2026
0
0
0
Hesablama Palatasının nümayəndə heyəti Astanada keçirilən “Gələcəyin dövlət auditi: innovasiyalar, rəqəmsal transformasiya və dayanıqlı inkişaf” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak edib.
Palatadan bildirilib ki, konfransda dövlət auditinin gələcək inkişaf perspektivləri, rəqəmsal transformasiya, süni intellekt və böyük verilənlərdən istifadənin yaratdığı imkanlar müzakirə olunub.
Tədbir çərçivəsində Hesablama Palatasının dövlət auditinin rəqəmsallaşdırılması istiqamətində fəaliyyəti barədə təqdimatla çıxış edilib. Təqdimatda Azərbaycanda rəqəmsal infrastrukturun formalaşması, rəqəmsallaşmanın 2026-2030-cu illər üzrə strateji perspektivləri və Hesablama Palatasının bu sahədə keçdiyi inkişaf yolu barədə məlumat verilib. Eyni zamanda Audit Fəaliyyətinin İdarəedilməsi Sistemi (AFİS) və Dövlət Auditi İnformasiya Sisteminin (DAİS) imkanları, hesabat və verilənlərin təqdim edilməsi mexanizmləri, rəqəmsal audit yanaşmaları diqqətə çatdırılıb.
Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 14 avqust 2026-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət auditi informasiya sistemi haqqında Əsasnamə”nin tələbləri nəzərə alınmaqla, Hesablama Palatasında bu istiqamətdə həyata keçirilən işlər barədə məlumat verilib. Təqdimatda, həmçinin rəqəmsallaşmanın dövlət auditi qarşısında yaratdığı yeni imkanlar, məlumatların emalının təkmilləşdirilməsi, müasir texnologiyalardan və süni intellektdən istifadə məsələlərinə toxunulub.
Digər xəbərlər