Azərbaycan Respublikası Prezidentinin Fərmanı
13:59 26.10.2026
0
0
0
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana səfəri çərçivəsində Niderland Krallığının xarici işlər naziri Tom Berendsen ilə görüşüb.
"Şərq qapısı" xəbər verir ki, görüşdə Azərbaycan-Niderland münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, siyasi dialoqun gücləndirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, eləcə də enerji, nəqliyyat, kənd təsərrüfatı, su idarəçiliyi, innovasiya və təhsil sahələrində yeni əməkdaşlıq imkanlarının araşdırılması müzakirə olunub.
Nazirlər Azərbaycan-Niderland münasibətlərinin inkişafı üzrə 2026–2028-ci illəri əhatə edən Yol Xəritəsinin qəbulunu ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün mühüm çərçivə kimi alqışlayıblar.
Yüksək səviyyəli təmasların, müntəzəm siyasi məsləhətləşmələrin və biznes dairələri arasında daha sıx əlaqələrin əhəmiyyəti də vurğulanıb.
Müzakirələr zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, regional proseslər və Azərbaycan-Ermənistan arasında normallaşma prosesi də nəzərdən keçirilib.
Nazir Ceyhun Bayramov qarşı tərəfi sülh prosesi, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq işləri, eləcə də minaların yaratmaqda davam etdiyi humanitar təhlükə barədə məlumatlandırıb.
Tərəflər ikitərəfli münasibətləri daha da gücləndirmək və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı genişləndirmək niyyətlərini bir daha təsdiqləyiblər.
Digər xəbərlər