Prezidentin nümayəndəsi: COP31-də elektrikləşmənin...
12:20 07.09.2026
0
0
0
Nepal və Çində baş verənlərə bənzər dağıdıcı iqlim fəlakətləri televiziya ekranlarında, küçələrdə getdikcə daha çox görülür. Bunun qarşısını almaq üçün çoxtərəfliliyi gücləndirməli, insanları - yerli xalqları, qadınları, özəl sektoru, submillət hökumətlərini, parlamentariləri maarifləndirməliyik. Çünki iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün hökumətlərin öz cəmiyyətlərinə söykənməli olduqları məlumdur.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”-nın (BCAW2026) açılış mərasimində COP30-un icraçı direktoru Ana Toni deyib.
O qeyd edib ki, iqlim fəaliyyəti hər gün baş verməlidir. Məhz buna görə də, yalnız danışıqlar aparanların deyil, digər maraqlı tərəflərin də iştirakı ilə keçirilən iqlim həftələri vacibdir. Çünki hər kəs öz ölkəsində baş verənləri və həll yollarını bu həftələr çərçivəsində nümayiş etdirə bilər. “Özəl sektorun cəlb olunması bunun üçün əsas şərtdir. İnvestisiyadan danışırıq. Bu, vacibdir, lakin investisiya məqsədə çatmaq üçün bir vasitədir. Məqsəd isə insanlara iş yerləri və rifah gətirməkdir”, - deyə COP30-un icraçı direktoru vurğulayıb.
Digər xəbərlər