“Azərbaycanı kəşf et”: Qaranohur gölünə yürüş təşk...
20:12 29.11.2026
0
0
0
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə incəsənət kollektivlərinin üzvləri, tanınmış mədəniyyət və ədəbiyyat xadimləri, eləcə də media nümayəndələrinin daxil olduğu Azərbaycan nümayəndə heyətinin noyabrın 29-da Özbəkistana səfəri başlayıb.
"Şərq qapısı" xəbər verir ki, Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Daşkənddə media nümayəndələri üçün mediatur təşkil olunub. Mediaturun məqsədi Özbəkistan paytaxtının zəngin tarixini, mədəniyyətini və memarlıq irsini Azərbaycan mediasının nümayəndələrinə yaxından tanıtmaqdır.
Proqram çərçivəsində jurnalistlər Daşkəndin görməli yerləri ilə tanış olub, şəhərin tarixi və memarlıq simasında xüsusi yer tutan Forumlar Sarayını, “Özbəkistan” hotelini, şəhərin mərkəzində ucaldılmış Əmir Teymur abidəsini, tarixi Çorsu bazarını və Əmir Teymur Muzeyini ziyarət ediblər. Onlara bu məkanların tarixi və əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, Azərbaycan Mədəniyyəti Günləri iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsi, xalqlarımızın ortaq tarixi və mənəvi dəyərlərinin təbliği, eləcə də Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır. Mədəniyyət Günləri Daşkəndlə yanaşı, Səmərqənddə də keçiriləcək.
Digər xəbərlər