NAXÇIVAN :

26 Oktyabr 2026, Bazar ertəsi

DİM üçüncü “Könüllülər layihəsi”nə qeydiyyat elan edib

...

Dövlət İmtahan Mərkəzi (DİM) üçüncü “Könüllülər layihəsi”nə başlayır.

DİM-dən bildirilib ki, layihənin məqsədi gənclərin peşəkar vərdişlərinin formalaşmasına dəstək göstərmək, onları qurumun fəaliyyəti ilə yaxından tanış etmək və gələcək karyera planlamalarına töhfə verməkdir.

Müddəti üç ay olan layihədə iştirak etmək üçün 16-25 yaşlı, ali və ya orta ixtisas təhsili olan, yaxud hazırda təhsil alan Azərbaycan vətəndaşları qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat oktyabrın 26-dan noyabrın 13-dək aparılacaq. Layihədə iştirak etmək istəyənlər buradan qeydiyyatdan keçə bilərlər. Layihənin hər bir mərhələsi barədə ətraflı məlumat DİM-in rəsmi saytı və sosial şəbəkə hesabları vasitəsilə təqdim olunacaq.

Nəşr edilib : 26.10.2026 11:47