NAXÇIVAN :

19 Aprel 2026, Bazar

DİN: Ötən gün 40-dan çox cinayətin üstü açılıb, silah və narkotik aşkarlanıb

...

Martın 23-də ölkə ərazisində qeydə alınan 40, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 30, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
⁠Narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 19 fakt müəyyən edilib.
⁠Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.

Nəşr edilib : 24.03.2026 10:01