Leyla Əliyeva və Arzu Əliyeva Polad Həşimovun evin...
22:21 01.05.2025
0
0
0
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fevralın 16-da dövlət qulluğunun B (inzibati icraçı) növünə aid vəzifələrin tutulması məqsədilə keçirilmiş test imtahanlarında uğur əldə edən şəxslərin sertifikatlarının verilməsinə başlanılıb.
DİM-dən bildirilib ki, sertifikat əldə etmək müraciətinə DİM tərəfindən razılıq verilmiş namizədlər sertifikatlarını şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə DİM-in Bakı şəhəri Binəqədi rayonu Süleyman Sani Axundov küçəsi, 50 ünvanında yerləşən elektron imtahanlar korpusundan götürə bilərlər.
Sertifikatı DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Şirvan, Göyçay, Bərdə, Xaçmaz, Şəmkir regional bölmələrindən əldə etmək istəyən şəxslər info@dim.gov.az ünvanına şəxsiyyəti təsdiq edən sənədin surəti əlavə etməklə müraciət göndərməlidirlər.
Digər xəbərlər