Xocavənd Şəhəri Günü qeyd olunur
14:57 20.09.2026
0
0
0
20 Sentyabr – Dövlət Suverenliyi Günü və Ümumdünya Təmizlik Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC-nin əməkdaşlarının iştirakı ilə su hövzəsi və ətraf ərazidə ekoloji təmizlik aksiyası keçirilib.
“Şərq qapısı” xəbər verir ki, Aksiyanın məqsədi Dövlət Suverenliyi Gününün mahiyyətini və tarixi əhəmiyyətini vurğulamaq, eyni zamanda Ümumdünya Təmizlik Gününün çağırışına qoşularaq ətraf mühitin qorunmasına, ekoloji məsuliyyətin və təbiətə qayğı mədəniyyətinin təşviqinə töhfə vermək olub.
Tədbir zamanı bildirilib ki, suverenlik yalnız torpağımıza sahib olmaq deyil, həm də ona sahib çıxmaqdır. Vətəni qorumaq onun torpağını, suyunu və təbiətini qorumaq, gələcək nəsillərə daha təmiz və sağlam şəkildə ötürmək məsuliyyətidir.
Qeyd olunub ki, bu gün Azərbaycan öz suverenliyini bütün ərazisində tam təmin edib. Dövlət Suverenliyi Günündə həyata keçirilən belə bir təşəbbüs həm də hər bir vətəndaşın öz torpağına münasibətdə məsuliyyətini ifadə edir. Ümumdünya Təmizlik Günü isə təbiətin qorunmasının yalnız ayrı-ayrı qurumların deyil, bütövlükdə cəmiyyətin ortaq məsuliyyəti olduğunu bir daha xatırladır.
Aksiya çərçivəsində su hövzəsinin sahilyanı hissəsində və ətraf ərazilərdə təmizlik işləri aparılıb, müxtəlif tullantılar toplanaraq ərazidən daşınıb.
Tədbir ətraf mühitin qorunmasına diqqətin artırılması ilə yanaşı, kollektiv arasında birlik, komanda ruhu və sosial məsuliyyət hissinin gücləndirilməsinə də xidmət edib.
Nazirlik tərəfindən ətraf mühitin qorunmasına və sosial məsuliyyətin təşviqinə yönəlmiş bu cür təşəbbüslərin davam etdirilməsi nəzərdə tutulur.
Digər xəbərlər