NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Ermənistan və İran arasında bir sıra sənədlər imzalanıb

...

Ermənistanın Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkan İrəvanda danışıqların yekunları üzrə birgə bəyanat imzalayıblar.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Bundan başqa, Ermənistanın Baş naziri və İran Prezidentinin iştirakı ilə bir sıra sənədlər - standartlaşdırma, verifikasiya, uyğunluğun qiymətləndirilməsi, metrologiya və texniki tənzimləmə sahəsində əməkdaşlıq haqqında memorandum; tibbi məhsulların istehsalının tənzimlənməsi üzrə qarşılıqlı fəaliyyət haqqında memorandum; Ermənistan və İranın muzeyləri, kitabxanaları və milli arxivləri arasında əməkdaşlıq haqqında memorandumlar və s. imzalanıb.

Nəşr edilib : 19.08.2025 14:00