Kəngərlidə ağır qəza, avtomobil aşıb, ölən var...
18:51 26.09.2026
0
0
0
Məktəblilər (U15) arasında sərbəst güləş üzrə muxtar respublika birinciliyi keçirilib.
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən birincilikdə 67 məktəbli idmançı iştirak edib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda müxtəlif çəki dərəcələri üzrə qaliblər müəyyənləşib.
Yarışın nəticələrinə əsasən Rzayev Əli (38 kq), İsgəndərli Fuad (41 kq), Bağırov Tuncay (44 kq), Əhmədov Cahangir (48 kq), Əlizadə Fərid (52 kq), İsayev Yusif (57 kq), Məhərrəmov Rayil (62 kq), Quluzadə Sadiq (68 kq), Kərimov Murad (75 kq) və Babayev Adəm (85 kq) öz çəki dərəcələrində birinci yerə layiq görülüblər.
Yarışın sonunda ilk üç yeri tutan idmançılara diplom, medal və hədiyyələr təqdim olunub.
Digər xəbərlər