NAXÇIVAN :

02 Avqust 2026, Bazar

Hakan Fidan: Türkiyə bölgədə davamlı sülhün bərqərar olması üçün səylərini davam etdirəcək

...

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı olub.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həmsöhbətlər Amerika Birləşmiş Ştatları ilə İran arasında aparılan danışıqlar prosesinin son vəziyyətini müzakirə ediblər.

Hakan Fidan Türkiyənin bölgədə münaqişələrin sona çatması və davamlı sülhün bərqərar olması üçün səylərini davam etdirəcəyini bildirib.

Nəşr edilib : 02.08.2026 01:10