NAXÇIVAN :

02 May 2026, Şənbə

Havanın temperaturu 5-7 dərəcə aşağı enəcək, bəzi yerlərdə qar yağacaq

...

Dekabrın 13-ü gündüzdən 14-ü gündüzədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında dekabrın 13-ü axşamdan 14-ü gündüzədək havanın bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimal edilir.

Azərbaycanın rayonlarında dekabrın 13-ü axşamdan 14-ü gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağıntıların qısa müddətə leysan xarakterli intensiv olacağı, bəzi yerlərdə qara keçəcəyi ehtimalı var.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Nəşr edilib : 12.12.2025 17:13