Avropa çempionatı: Azərbaycanın daha bir güləşçisi...
20:56 21.04.2026
0
0
0
NAXÇIVAN :
21 Aprel 2026, Çərşənbə axşamı
Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasət və məharətli diplomatiya onun qlobal səviyyədə nüfuzunu xeyli gücləndirməklə ölkəmizə olan etibarı və etimadı da xeyli artırıb. Respublikamızın beynəlxalq siyasi, iqtisadi təşkilatlarla fəal əməkdaşlığı, dünya düzənini formalaşdıran irimiqyaslı layihələrə imza atması, Prezident İlham Əliyevin mötəbər tədbirlərə fəxri qonaq qismində dəvət alması bu hörmət və etimadın əsas göstəricilərindəndir. Dövlət başçımızın “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi isə Vətən müharibəsində qazanılan tarixi zəfərin sülh meydanında da müvəffəqiyyətlə tamamlanmasına verilən qiymətin, dəyərin ifadəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Euronews” televiziyasına müsahibəsində dediyi kimi: “Zayed İnsan Qardaşlığı Mükafatı” – belə nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir. Xüsusən də o, Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, mərhum Şeyx Zayedin adını daşıyır. Mən bu qərarı otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında səylərimizə verilən qiymət kimi qəbul edirəm”.
Xatırlatmaq yerinə düşər ki, Şeyx Zayed Fondu BƏƏ-nin banisi Şeyx Zayed bin Sultan Əl Nəhyanın irsini yaşatmaq üçün təsis edilib. Fondun əsas missiyasının fəlsəfəsi dünyada humanizm, dözümlülük, ətraf mühitin qorunması və xalqlararası sülhün təşviqidir. “Zayed İnsan Qardaşlığı Mükafatı” dünyada sülh, həmrəylik və dinc, yanaşı yaşama prinsiplərini təşviq edən şəxslərə və qurumlara verilən nüfuzlu beynəlxalq mükafatdır. Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycanın sülh, əməkdaşlıq diplomatiyasına beynəlxalq rəğbətin ifadəsi olmaqla dövlət başçımızın strateji müdriklik və liderlik məharətinin dünya miqyasında böyük etimad qazandığını göstərən mühüm amildir. “Zayed İnsan Qardaşlığı Mükafatı” münsiflər heyətinin üzvü və mükafatın baş katibi Məhəmməd Əbdülsəlamın vurğuladığı kimi, “Bu il “Zayed İnsan Qardaşlığı Mükafatı” Komitəsi Ermənistan və Azərbaycan arasında tarixi sülh müqaviləsini seçdi. Bu müqavilə mükafatın dialoq və birgəyaşayış mədəniyyətinin təşviqi və inkişaf etdirilməsi missiyasını və məqsədlərini təcəssüm etdirir. Bu, qlobal sülhün inkişafında mühüm mərhələ və böyük diplomatik nailiyyət hesab olunur”. Bu qiymətləndirməyə yalnız əlavə etmək olar ki, bu nüfuzlu mükafat təkcə Prezident İlham Əliyevin şəxsi liderlik keyfiyyətlərini əks etdirmir, həm də münaqişədən sonrakı dövrdə Azərbaycan dövləti tərəfindən hazırlanmış sülh gündəliyinin qlobal miqyasda tanındığını nümayiş etdirir. Davosda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasda Prezident İlham Əliyev vurğuladı ki, paraflanmış sənəd bu gün praktiki nəticələrə çevrilir: “Biz sülh şəraitində nəinki cəmi 5-6 aydır yaşayırıq və bu vəziyyətdən yararlanırıq, o cümlədən nə Ermənistan, nə Azərbaycan müstəqil ölkələr kimi heç zaman sülhdə yaşamayıblar. 1991-ci ildə müstəqil ölkəyə çevrildiyimiz zaman biz artıq hərbi toqquşmada idik. Lakin bu gün sülhün faydası əməkdaşlığın başlanmasında əks olunur”.
Fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib. Prezident İlham Əliyevə mükafat təqdim olunub. Prezident mükafat mərasimində deyib: “Bugünkü mükafat mərasimi və hörmətli münsiflər heyəti ilə bütün dostlarımız tərəfindən səylərimizin qiymətləndirilməsi olduqca ruhlandırıcıdır. Mən hesab edirəm ki, bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Hər iki tərəfdən güclü siyasi iradə mövcud olduğu və həmin proses dost ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi halda, sülh mümkündür”.
Bu kontekstdə Azərbaycan liderinin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi həm də Bakının liderliyi ilə irəlilədilən sülh gündəliyinin beynəlxalq səviyyədə də diqqətlə izlənildiyini və təqdir edildiyini göstərir. Bu ali mükafat, eyni zamanda Azərbaycanın haqq və ədalətə əsaslanan mövqeyinin beynəlxalq aləmdə qəbul edildiyini ortaya qoyur. Prezident İlham Əliyev sülhə aparan yolun ən çətin mərhələlərində belə prinsipial mövqedən geri çəkilməyərək onu təmin etmək üçün böyük səy nümayiş etdirdi. Elə bu sayədə əldə olunan nəticələr də bir daha göstərdi ki, Azərbaycan sülhpərvər siyasət yürüdən ölkədir.
O da reallıqdır ki, ölkəmiz təkcə bölgədə deyil, dünyada barışın əldə olunması üçün hər zaman mühüm təşəbbüslərlə çıxış edir, qlobal çağırışlara yüksək töhfələr verir, münaqişələrin, qarşıdurmaların aradan qaldırılması üçün çalışır. Dövlətimizin başçısı İlham Əliyevin dünyada sülh yaradan lider kimi tanınması dəfələrlə müharibənin kənarına gələn ölkələr arasında vasitəçilik etməklə tarixi barışdırıcılıq missiyası həyata keçirməsi, bir sözlə, bütün fəaliyyəti ilə dünyada sülhə xidmət etməsi ilə də birbaşa əlaqədardır.
Bu gün Azərbaycanda sabitlik hökm sürür. Bu onun milli liderinin böyük şəxsiyyət olduğunu göstərir. Liderin siyasi iradəsi və qətiyyəti həm inkişaf vektorlarını, həm də daxili sabitliyi, eləcə də ölkənin beynəlxalq arenadakı qələbələrini müəyyən edir. Prezident İlham Əliyevə nüfuzlu Şeyx Zayed Fondu tərəfindən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın verilməsi Azərbaycana bütün beynəlxalq ictimaiyyət tərəfindən hörmət edilən bir lider tərəfindən rəhbərlik edildiyini bir daha təsdiqləyir.
Aysel DÜNYAMALIYEVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər