Böyük Britaniyanın Ticarət üzrə elçisi Lord Alderd...
20:22 14.12.2025
0
0
0
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi birgə 31 oktyabrda “İnformasiya və Konstitusiya” mövzusunda vebinar təşkil edib.
Tədbirdə hər iki qurumun əməkdaşları iştirak edib.
Vebinar çərçivəsində Naxçıvan MR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları Kənan Qurbanlı, Həbibə Seyidova, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları Pərvin Hacıyev və Nuranə Rüstəmova təqdimatlarla çıxış ediblər.
Tədbirdə iştirakçılar informasiya təhlükəsizliyi, rəqəmsal statistika, şəxsi məlumatların qorunması, informasiya azadlığı və konstitusiyanın dövlət suverenliyindəki rolu barədə geniş məlumat əldə ediblər. Məruzələr zamanı iştirakçılara müasir dövrdə informasiya təhlükəsizliyinin əhəmiyyəti, şəxsi məlumatların qorunması ilə bağlı hüquqi mexanizmlər, rəqəmsal texnologiyaların statistika sahəsinə təsiri, həmçinin konstitusiyanın hüquqi dövlət quruculuğundakı rolu barədə ətraflı məlumat verilib.
Vebinarın məqsədi informasiya sahəsində bilik və bacarıqların artırılması, həmçinin iştirakçıların mövzu üzrə məlumatlılıq səviyyəsinin yüksəldilməsi olub.
Digər xəbərlər