NAXÇIVAN :

05 May 2026, Çərşənbə axşamı

“İnternetdən səmərəli istifadə zamanın tələbidir” mövzusunda təlim keçirilib

...

Bu gün Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Babək rayonunun Hacıvar kənd tam orta məktəbində “İnternetdən səmərəli istifadə zamanın tələbidir” mövzusunda təlim keçirilib.

“Şərq qapısı” xəbər verir ki, təlimi giriş sözü ilə açan Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Abbas Müştəliyev mövzunun aktuallığı və əhəmiyyəti barədə məlumat verib.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Uşaq problemləri şöbəsinin baş məsləhətçisi Müşərrəf Bağırova və Babək Rayon Təhsil Şöbəsinin əməkdaşı Nuranə Hüseynova mövzu ilə bağlı bildiriblər ki, internetdən düzgün istifadə olunmadıqda bu hal uşaqların psixoloji inkişafına, ailə dəyərlərinə və ictimai münasibətlərə mənfi təsir göstərə bilər.

Diskussiya şəklində davam etdirilən təlimin sonunda mövzu ilə bağlı maarifləndirici broşürlər paylanılıb.

Nəşr edilib : 05.05.2026 16:48