Xankəndidə çay və qəhvə festivalı
20:51 29.05.2026
0
0
0
NAXÇIVAN :
29 May 2026, Cümə
İordaniyanın “Petra” Dövlət İnformasiya Agentliyinin ingilis və ərəb dillərində rəsmi internet səhifələrində, “Jordan Daily” xəbər saytında, həmçinin aparıcı “ƏL-Rəy” və “Əl-Düstur” dövlət qəzetlərində, eləcə də “Nabd.Com” “Əl-Bələd News” xəbər portallarında Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə məqalələr dərc olunub.
"Şərq qapısı" xəbər verir ki, səfir Şahin Abdullayevin bəyanatına istinadla yayımlanan yazılarda 1918-ci ildə müsəlman Şərqində ilk demokratik və dünyəvi respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının Azərbaycan xalqının dövlətçilik tarixində mühüm dönüş nöqtəsi olduğu qeyd olunub. Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətdə demokratik idarəçilik prinsiplərinə əsaslanan dövlət təsisatları formalaşdırdığı, parlament ənənələrinin əsasını qoyduğu və beynəlxalq səviyyədə tanınmağa nail olduğu vurğulanıb.
Yazılarda, eyni zamanda, respublikanın irqindən, dinindən və cinsindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verməklə universal seçki hüququnu tətbiq etdiyi, qadınlara səsvermə hüququ tanıyan ilk Şərq ölkələrindən biri olduğu xüsusi qeyd edilib, mürəkkəb geosiyasi şəraitə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin demokratiya, milli kimlik və dövlət suverenliyi prinsiplərinə sadiqlik nümayiş etdirdiyi diqqətə çatdırılıb.
Məqalələrdə, həmçinin İordaniya-Azərbaycan münasibətlərinə toxunulub, bu əlaqələrin Prezident İlham Əliyevin və Kral II Abdullahın rəhbərliyi altında uğurla inkişaf etdiyi qeyd olunub, əməkdaşlığın iki ölkə və xalq arasında qarşılıqlı hörmət, dostluq və etimada əsaslanan möhkəm xarakter daşıdığı vurğulanıb.
İordaniya-Azərbaycan iqtisadi və ticarət əlaqələrinin dinamik inkişaf etdiyi qeyd olunub, 2024-cü ildə ikitərəfli ticarət həcminin təxminən 6,5 milyon dollara çatdığı, tərəflərin bu göstəricinin artırılması və investisiya əməkdaşlığının genişləndirilməsi istiqamətində səylərini davam etdirdiyi bildirilib. Həmçinin Azərbaycanın müstəqillik dövründə dövlətçilik ənənələrini möhkəmləndirdiyi, enerji və nəqliyyat sahələrində strateji layihələr həyata keçirdiyi və beynəlxalq mövqelərini gücləndirdiyi vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə modernləşmə siyasətinin davam etdiyi, yaşıl enerji və texnologiya layihələrinin genişləndirildiyi, infrastrukturun inkişaf etdirildiyi və Avropa bazarlarına qaz ixracının artırıldığı qeyd olunub.
Yazılarda ümumilikdə Azərbaycanın beynəlxalq əməkdaşlıqda artan rolu, qlobal tədbirlərə ev sahibliyi və regional və beynəlxalq nüfuzunun güclənməsi ölkənin inkişaf strategiyasının əsas nəticələri kimi təqdim olunub.
Digər xəbərlər