Mədəniyyət Nazirliyi: Partlayış kinostudiyanın əra...
00:35 27.06.2025
0
0
0
Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisasının lV kursunda təhsil alan tələbələr “Şərq qapısı” qəzetində istehsalat təcrübəsinə başlayıblar. Əvvəlcə təcrübə proqramı keçən tələbələr redaksiyanın iş şəraiti ilə tanış olublar.
Qəzetin baş redaktor müavini Məmməd Babayev tələbələrə qəzetin yaranma tarixi, keçdiyi yol və hazırkı fəaliyyət istiqamətləri barədə danışıb. Bildirib ki, təcrübənin əsas məqsədi gənc jurnalistlərin nəzəri biliklərini praktik vərdişlərlə möhkəmləndirmək, media sahəsində real iş mühiti ilə tanış olmalarını təmin etməkdir. Həmçinin təcrübə müddətində tələbələr xəbər hazırlamaq, redaktə işlərində iştirak etmək, müsahibələr götürmək və müxtəlif janrlarda materiallar yazmaq imkanına malik olacaqlar. Qəzetin redaksiyası tərəfindən tələbələrə lazımi dəstək göstərilərək onlara peşəkar jurnalistikanın əsas prinsipləri öyrədiləcək.
Tələbələrə qəzetdə təcrübə keçməsi üçün hər cür imkanların yaradıldığı da vurğulanıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Bülbül QULİYEVA
Digər xəbərlər