Bank sektorunun strateji hədəfləri üzrə prioritet ...
17:41 29.07.2026
0
0
0
Naxçıvanın quşçuluq sənayesinin inkişaf perspektivlərinə dair onlayn görüş keçirilib.
Bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əziz Şərifov, Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev, muxtar respublikanın iqtisadiyyat naziri Kazım Hüseynəliyev, həmçinin digər dövlət qurumları və quşçuluq müəssisələrinin rəhbər şəxsləri iştirak ediblər.
Görüşdə quşçuluq sənayesinin mövcud vəziyyəti, quş əti ilə ölkənin daxili tələbatının təmin olunması, biotəhlükəsizlik tədbirlərinin gücləndirilməsi və digər istiqamətlər üzrə müzakirələr aparılıb. Vurğulanıb ki, Azərbaycanın yüksək patogen quş qripindən azad ölkə statusunu qoruyub saxlaması, xüsusi təhlükəli xəstəliklərin ölkə ərazisinə daxil olmasının qarşısının alınması istiqamətində görülən tədbirlər yerli quşçuluq məhsullarının beynəlxalq bazarlara maneəsiz çıxışına və ixrac potensialının artırılmasına geniş imkan yaradır.
Yekunda müvafiq dövlət qurumlarının nümayəndələrinin Naxçıvana ezam edilməsi qərara alınıb.
Digər xəbərlər