Azərbaycan-Türkiyə diaspor əməkdaşlığının perspekt...
19:22 16.09.2026
0
0
0
Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev sentyabrın 16-da Keniya Respublikası Senatının sədri Amason Jeffah Kingi ilə görüşüb.
"Şərq qapısı" xəbər verir ki, Sultan Hacıyev ötən dövr ərzində Azərbaycan ilə Keniya arasında münasibətlərin dinamik inkişafından söhbət açıb. Diplomat Keniya Senatında parlamentlərarası dostluq qrupunun, eyni zamanda, Azərbaycanın Milli Məclisində bu ölkə ilə əlaqələr üzrə işçi qrupunun təsis olunmasını iki ölkə arasında münasibətlərində mühüm mərhələ olduğunu vurğulayıb.
Senatın sədri A. J. Kingi qanunverici orqanlar arasında əməkdaşlığın inkişaf tempindən razılığını ifadə edib. Keniya Prezidenti Uilyam Samoei Rutonun WUF13-də iştirak etmək üçün Bakıya səfərinin bu kontekstdə əhəmiyyəti qeyd olunub.
O, həmçinin vurğulayıb ki, ikitərəfli işbirliyi ilə bərabər, parlamentlərin beynəlxalq aləmdə, o cümlədən Qoşulmama Hərəkatı və Parlamentlərarası İttifaq çərçivəsində səmərəli əməkdaşlığının inkişafı hər iki ölkənin maraqlarına xidmət edir.
Digər xəbərlər