NAXÇIVAN :

10 Sentyabr 2026, Cümə axşamı

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır

...

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə bu gün ixtisas seçimi başa çatır.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, ixtisas seçimi bu gün saat 23:59-da başa çatacaq.

Qeyd edək ki, ixtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib https://eservices.dim.gov.az/erizetex/ixtisas2/ internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidirlər.

Nəşr edilib : 10.09.2026 09:53