NAXÇIVAN :

10 Sentyabr 2026, Cümə axşamı

Naxçıvanda “İşsizin dostu” proqramı üzrə daha bir qrup şəxsə işlə təmin olunmaları üçün göndərişlər verilib

...

Naxçıvan Regional DOST Mərkəzində “İşsizin dostu” proqramı üzrə daha bir qrup şəxsə işlə təminat üçün göndərişlər verilib.
Həmin şəxslər Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində işsiz və işaxtaran kimi qeydiyyatda olan vətəndaşlar arasından müəyyən edilib. 
"Şərq qapısı" xəbər verir ki, onlar abadlaşdırma, yaşıllaşdırma, parklara, ictimai yerlərə qulluq, sosial xidmətlərin göstərilməsi və sair işlərdə çalışacaqlar. 
DOST İş Mərkəzinin "İşsizin dostu" proqramı işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin edilməsinə, ilkin peşə bilik və bacarıqlarına yiyələnmələrinə, onların əmək bazarına çıxış imkanlarının artırılmasına xidmət edir.
Proqram çərçivəsində ödənişli ictimai işlərə cəlb edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanır. Bu da onların gələcək əmək və sosial təminat hüquqlarının əsasını təşkil edir.
Naxçıvan Regional DOST Mərkəzində məşğulluq xidmətləri də daxil olmaqla sosial sahə üzrə 164 xidmət “Bir pəncərə”dən təqdim olunur.

Nəşr edilib : 10.09.2026 10:34