Azərbaycan və İran gömrük xidmətləri tranzit daşım...
18:25 30.07.2026
0
0
0
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəhbərlik etdiyi Köməkçi Reabilitasiya Vasitələrinin Spesifikasiyası və Xidmət Standartlarının hazırlanması üzrə Texniki İşçi Qrupunun iclası keçirilib.
Bu barədə ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, iclasda ƏƏSMN-in, Səhiyyə Nazirliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndələri, eləcə də ÜST-nin eksperti iştirak ediblər.
Ölkəmizə idxal olunan təkərli oturacaqlar, eşitmə cihazları, əsalar, ortopedik ayaqqabılar və digər əsas reabilitasiya vasitələrinin minimal keyfiyyət standartlarına uyğunluğu, ÜST-nin Köməkçi Məhsullar üzrə Spesifikasiyalarının strukturu, qlobal standartların milli kontekstdə tətbiqi və s. müzakirə olunub.
İclasda köməkçi məhsullar üzrə xidmətlərin göstərilməsi prosesində (qiymətləndirmə, uyğunlaşdırma, təlim, izləmə və texniki xidmət) vahid standartların hazırlanması istiqamətində növbəti addımlar müəyyənləşdirilib, aidiyyəti dövlət qurumları arasında koordinasiyanın və qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Digər xəbərlər