NAXÇIVAN :

15 Sentyabr 2026, Çərşənbə axşamı

Kürşad Zorlu: 1918-ci ildə Mehmetcik “Bir millət, iki dövlət” şüarını canı və qanı ilə tarixə yazdı

...

108 il əvvəl bu gün Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu qardaş Bakı şəhərini düşmən işğalından azad etdi. Bu, yalnız bir şəhərin azad edilməsi deyildi. Bu, təxminən bir əsr sonra Qarabağ Zəfərində də özünü göstərdiyi kimi, Türkiyə-Azərbaycan qardaşlığının tarixə vurduğu möhür idi.

"Şərq qapısı" xəbər verir ki, bu fikirləri Qafqaz İslam Ordusunun Bakını daşnak-bolşevik işğalından azad etməsinin 108-ci ildönümü münasibətilə açıqlamasında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu ifadə edib.

“1918-ci ildə mehmetcik “Bir millət, iki dövlət” şüarını canı və qanı ilə tarixə yazdı. Bakının Qurtuluş Günü mübarək olsun. Əziz şəhidlərimizi rəhmət və minnətdarlıqla yad edirəm” - deyə Zorlu bildirib.

Nəşr edilib : 15.09.2026 15:31