Muxtar Babayev: Yeni NDC-lər yaşıl investisiyalar ...
21:54 26.06.2025
0
0
0
NAXÇIVAN :
26 Iyun 2025, Cümə axşamı
“Biz artıq iki gündür ki, Azərbaycana Ulu Öndərimizi bəxş etmiş doğma Naxçıvandayıq. Dünən İğdır- Naxçıvan qaz-boru kəmərinin tikintisi ilə bağlı iki qurum Azərbaycan Hesablama Palatası və bir də Türkiyənin Hesablama Məhkəməsi arasında olan sazişin icra edilməsi ilə bağlı tədbirdə iştirak etdik”.
Bu sözləri Milli Məclisin komitə sədri Azər Əmiraslanov Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Dövlət Universitetində keçirdiyi “Dövlət sektorunda audit” təlim proqramının yekun tədbirindən sonra jurnalistlərə müsahibəsində söyləyib.
“Qürurla demək olar, artıq muxtar respublikamızın enerji təchizatının daha təminatlı qurulması, enerji təhlükəsizliyi ilə bağlı ölkəmizdə çox ciddi layihələr həyata keçirilir və biz hesab edirik ki, bu muxtar respublikanın inkişafına özünün böyük töhfəsini verəcəkdir. Bu gün isə tamamilə fərqli bir tədbirdi. Naxçıvanın çox mühüm təhsil ocaqlarından olan Naxçıvan Dövlət Universitetindəyik və burada da çox mühüm bir tədbirin şahidi olduq. Biz bilirik ki, Naxçıvan Muxtar Respublikası Azərbaycanımıza çox peşəkar, intellektual səviyyəsi olan dövlət qulluqçuları, ictimai-siyasi xadimlər bəxş edibdir. Bu gün muxtar respublika qarşısında çox mühüm vəzifələr dayanır. Cənab Prezident İlham Əliyev tərəfindən Naxçıvanın sosial-iqtisadi inkişafı proqramı təsdiq olunub. Qarşıdakı dövrdə bu proqramın icra edilməsi əsas məsələlərdən biridir. Təbii ki, bu cür proqramlar həm də muxtar respublikada ciddi kadr təminatını tələb edir. Bugünkü tədbir də, əslində, muxtar respublikada kadr təminatına yönəldilibdir. Dövlət sektorunda audit çox mühüm bir istiqamətdir. Biz bilirik ki, Azərbaycanın bir neçə mühüm universitetləri ilə bu cür saziş, əməkdaşlıq çərçivəsində bu işləri həyata keçirir. Naxçıvan Dövlət Universitetində də növbəti bir uğura imza atıldı. Burada ən layiqli, yüksək göstəricilər nümayiş etdirən tələbələr təqdim edildi və biz hesab edirik ki, bu həmin tələbələrimizin gələcək həyatında onların xidməti peşəkar fəaliyyətində ilk uğurun başlanğıcıdır. Onlar həm Azərbaycanımız, eləcə də muxtar respublika üçün özlərinin töhfəsini verəcək və ümid edirəm ki, daha böyük uğurlara imza atacaqlar” ,– deyə komitə sədri vurğulayıb.
Digər xəbərlər