NAXÇIVAN :

16 Avqust 2026, Bazar

Müdafiə Nazirliyinin rəhbərliyi istefada olan general-mayor Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı verib

...

Görkəmli dövlət xadimi, uzun müddət təhlükəsizlik orqanlarında və sərhəd qoşunlarında böyük xidmətləri olmuş istefada olan general-mayor Novruzov Abbasəli Ramazan oğlu vəfat edib.
"Şərq qapısı"nın məlumatına görə, Müdafiə Nazirliyinin rəhbərliyi general-mayorun vəfatı ilə bağlı başsağlığı verib.
Başsağlığında deyilir: “Müdafiə Nazirliyinin rəhbərliyi və kollektivi görkəmli dövlət xadimi, uzun müddət təhlükəsizlik orqanlarında və sərhəd qoşunlarında böyük xidmətləri olmuş istefada olan general-mayor Novruzov Abbasəli Ramazan oğlunun vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!”.

Nəşr edilib : 16.08.2026 13:43