NAXÇIVAN :

30 Iyun 2026, Çərşənbə axşamı

Müəllimlərin sertifikatlaşdırılma prosesinin hər iki mərhələsinin tamamlandığı fənlərin adları açıqlanıb

...

İbtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, xarici dil, biologiya, kimya, fizika, coğrafiya və informatika müəllimləri üzrə sertifikatlaşdırma prosesinin hər iki mərhələsi tamamlanıb.

"Şərq qapısı" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2026: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə söyləyib.

Bu fənlər üzrə sertifikatlaşdırmaya cəlb olunan müəllimlərin sayı aşağıdakı kimidir:

İbtidai sinif – 33 min 691 nəfər, Azərbaycan dili və ədəbiyyat – 11 min 457 nəfər, riyaziyyat – 9586 nəfər, xarici dil – 14 min 801 nəfər, biologiya – 3735 nəfər, kimya – 2 761 nəfər, fizika – 3 848 nəfər, coğrafiya – 3 760 nəfər, informatika – 3 863 nəfər.

Bununla yanaşı, tarix, təsviri incəsənət, texnologiya, musiqi və fiziki tərbiyə müəllimləri üzrə sertifikatlaşdırmanın birinci mərhələsi başa çatıb. Həmin fənlər üzrə prosesə cəlb olunan müəllimlərin sayı belədir: tarix – 5 571 nəfər, təsviri incəsənət – 1 689 nəfər, texnologiya – 2 948 nəfər, musiqi – 1 311 nəfər, fiziki tərbiyə – 5 419 nəfər.

Tədbirdə qeyd olunub ki, bu fənlər üzrə sertifikatlaşdırmanın ikinci mərhələsinin 2027-ci ildə keçirilməsi nəzərdə tutulur. Bununla müəllimlərin sertifikatlaşdırılması prosesinin bütün fənlər üzrə tam yekunlaşdırılması təmin ediləcək.

Nəşr edilib : 30.06.2026 10:28