NAXÇIVAN :

13 Avqust 2026, Cümə axşamı

Naxçıvan Dövlət Universitetində 2026-2027-ci tədris ili üçün yeni ixtisaslar açılır

...

2026-2027-ci tədris ilindən etibarən Naxçıvan Dövlət Universitetində əmək bazarının müasir tələblərinə uyğun olaraq bir sıra yeni ixtisaslar üzrə tələbə qəbulu həyata keçiriləcək. 
"Şərq qapısı" xəbər verir ki, bu ixtisaslar təhsil sistemində innovativ yanaşmaların gücləndirilməsi, elmi-texniki inkişafın dəstəklənməsi və müasir kadr hazırlığının təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Müasir dövrdə kimya sənayesi, informasiya texnologiyaları, təhsil, dil və turizm sahələrində sürətli inkişaf ixtisaslı mütəxəssislərə olan tələbatı artırır. Bu baxımdan, universitetdə yeni ixtisasların yaradılması həm regional inkişafın dəstəklənməsi, həm də qlobal əmək bazarına uyğun kadr hazırlığı məqsədi daşıyır.

Nəşr edilib : 01.07.2026 20:35