Azərbaycanla Aİ xarici siyasət və təhlükəsizlik mə...
22:51 28.05.2025
0
0
0
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
"Şərq qapısı" xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Naxçıvan Hərbi Kollecinin rəisi, polkovnik-leytenant Yaşar Hüseynov Milli Müdafiə Universitetinin rektorunun əlamətdar gün münasibətilə təbriklərini çatdırıb.
Naxçıvan Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov Müstəqillik Gününün əhəmiyyətindən söhbət açıb. Qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ayda demokratik dövlətin özülünü yaradıb. Xalqımız 70 illik əsarətdən sonra 1990-cı ilin əvvəllərində müstəqilliyini bərpa etməyə müvəffəq olub. Lakin ölkədə hökm sürən hərc-mərclik sayəsində ikinci dəfə dövlət müstəqilliyinin itirilməsi təhlükəsi yaranıb. Ümummilli Liderimiz Heydər Əliyevin uzaqgörən addımları, tarixi xidmətləri ilə xalqımız əsl nicat yoluna qədəm qoyub, əbədi müstəqilliyinə qovuşub.
Sonra “Cümhuriyyətin 9 şəkli” adlı sənədli film izlənilib.
Tədbirdə iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Əli Cabbarovun “Zəngəzura salam olsun” kitabının təqdimatı keçirilib. Filologiya üzrə fəlsəfə doktoru, dosent Xanəli Kərimli kitab və müəllif haqqında ətraflı söhbət açıb.
Sonra kollecin fəal kursantları mükafatlandırılıb və xatirə şəkli çəkilib.
Digər xəbərlər