Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan ...
00:10 11.10.2026
0
0
0
Oktyabrın 10-da Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin yaradılmasının 106-cı ildönümü münasibətilə tədbir keçirilib.
"Şərq qapısı" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, daha sonra Heydər Əliyev Muzeyinə baxış keçiriblər.
Nazirlikdə davam edən tədbiri maliyyə naziri Həsən İsmayılov açaraq kollektiv üzvlərini ildönümü münasibətilə təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.
Nazirliyin şöbə müdiri Ramin Məmmədov çıxışında qurumun yaranma tarixi və inkişaf yolu barədə məlumat verib. Bildirilib ki, Naxçıvan İnqilab Komitəsinin 1920-ci il oktyabrın 10-da qəbul etdiyi Qərarla yaradılan Maliyyə şöbəsi muxtar respublikada maliyyə sisteminin formalaşmasının əsasını qoyub. 2001-ci il mayın 1-də imzalanan Fərmanla qurum Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi adlandırılıb.
Tədbirdə şöbə müdirləri Bulqeyis Novruzova və Ağəli Novruzov maliyyə sahəsində görülən işlər, qurumun fəaliyyət istiqamətləri və kollektiv əməkdaşlığın əhəmiyyəti barədə danışıblar.
Maliyyə naziri Həsən İsmayılov son illərdə bu sahədə həyata keçirilən dəyişikliklər, əldə olunan nəticələr və qarşıda duran vəzifələrdən bəhs edib. Dövlət maliyyə idarəçiliyinin təkmilləşdirilməsi, büdcə siyasətinin həyata keçirilməsi və maliyyə intizamının gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Maliyyə nazirinin müavini Elvin Əlimərdanov da kollektiv üzvlərini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbir qurumun fəaliyyəti, əldə olunan təcrübə və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi ilə yekunlaşıb.
Digər xəbərlər