Dializ xəstələri üçün dərmanlar təhvil verilib...
22:12 20.05.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq səhiyyə sahəsində həyata keçirilən islahatlar çərçivəsində hemodializ xidmətlərinin keyfiyyətinin artırılması və infrastrukturunun müasirləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülməkdədir.
Bu istiqamətdə aparılan işlər çərçivəsində Hemodializ Mərkəzinin müasir tibbi avadanlıqlarla təmin olunması məqsədilə yeni nəsil hemodializ cihazları və pasiyent rahatlığını təmin edən hemodializ kresloları alınıb. Artıq daha əvvəl təhvil verilmiş hemodializ cihazları ilə yanaşı, nazirlik tərəfindən alınan 3 idarəetmə mühərrikli, Wi-Fi və qulaqcıq girişinə malik, HD keyfiyyətli televizorlarla təchiz edilmiş 20 ədəd müasir hemodializ kreslosu da təhvil verilmişdir.
Yeni avadanlıqlar xəstələrin müalicə prosesində komfort səviyyəsinin artırılmasına, eyni zamanda tibbi xidmətlərin daha yüksək keyfiyyətlə göstərilməsinə imkan verəcəkdir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi gələcəkdə də səhiyyə sahəsində infrastrukturun gücləndirilməsi, vətəndaşların sağlamlığının etibarlı şəkildə qorunması istiqamətində tədbirləri ardıcıl şəkildə davam etdirəcəkdir.
Digər xəbərlər