Qərbi Azərbaycan İcması davamlı sülh və qaçqınları...
19:33 02.05.2026
0
0
0
Dekabrın 11-i saat 11:00-a olan məlumata əsasən muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edir. Bəzi dağlıq ərazilərdə sulu qar və qar yağır, duman müşahidə olunur.
"Şərq qapısı" xəbər verir ki, dekabrın 10-u və 11-də düşən yağıntının miqdarı Naxçıvan şəhərində 8, Şahbuzda 5, Küküdə (Şahbuz) 6, Biçənəkdə (Şahbuz) 9, Şərurda 5, Axurada (Şərur) 5, Ordubadda 8, Parağaçayda (Ordubad) 16, Culfada 6, Göydərədə (Culfa) 7, Kəngərlidə 9, Sədərəkdə isə 6 mm olub.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzinin verdiyi məlumata əsasən Şərur, Şahbuz, Culfa və Ordubad rayonlarının yüksək dağlıq ərazilərinə qar yağır.
Qarın hündürlüyü Ordubad rayonunun yüksək dağlıq ərazilərində (3000 m) 20, Parağaçaq Qar Uçqunu Stansiyasında 4, Şahbuz rayonunun Batabat ərazisində isə 2 sm qeydə alınıb.
Digər xəbərlər