NAXÇIVAN :

26 Iyun 2025, Cümə axşamı

Naxçıvan Rəssamlar Birliyində ustad dərsi təşkil olunub

...

Naxçıvan Muxtar Respublikası Bəhruz Kəngərli adına Sərgi Salonunda “Konstitusiya və Suverenlik İli”nə,  eləcə də 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş Naxçıvan Rəssamlar Birliyinin üzvü, rəssam Mirilqar Seyidovun ustad dərsi təşkil olunub. 
“Şərq qapısı” xəbər verir ki, ustad dərsində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri iştirak edərək yağlı boya ilə naturadan portretin işlənmə texnikasını izləyiblər. Ustad dərsi zamanı rəssam Mirilqar Seyidov tələbələri maraqlandıran sualları cavablandırıb. 
Qeyd edək ki, ustad dərs sənətşünas Nizami Aliyevin təşkili ilə baş tutub. 

Aidə İBRAHİMOVA

Nəşr edilib : 13.06.2025 17:00