Aşrafxanov: Daşkənd-Bakı tərəfdaşlığı Mərkəzi Asiy...
20:15 07.09.2026
0
0
0
NAXÇIVAN :
07 Sentyabr 2026, Bazar ertəsi
Naxçıvan Şəhər İcra Hakimiyyətində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan edilən 21 avqust-21 sentyabr tarixləri əhatə edən “Sülh aylığı” çərçivəsində “Sülhün və təhlükəsizliyin təmin edilməsində ictimai həmrəyliyin rolu” mövzusunda tədbir keçirilib.
“Şərq qapısı” Naxçıvan Şəhər İcra Hakimiyyətinə istinadən xəbər verir ki, tədbir Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun birgə təşkilatçılığı ilə baş tutub.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova çıxış edərək 44 günlük Vətən müharibəsindən sonra regionda və dünyada yaranmış yeni reallıqlardan, Azərbaycanın beynəlxalq nüfuzunun və gücünün artmasından, ölkəmizin regionda sülh və təhlükəsizliyin təmin olunmasına verdiyi töhfələrdən bəhs edib.
Bildirilib ki, 2026-cı ildə də beynəlxalq sülh təşəbbüslərində fəal iştirakını və qlobal sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş səylərini ardıcıl şəkildə davam etdirən Azərbaycan Sülh Şurasına təsisçi üzv dövlət kimi qoşulub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 22 yanvar 2026-cı ildə Davosda keçirilən mərasimdə Şuranın Nizamnaməsini imzalayıb. Bu beynəlxalq təşkilatda iştirak Azərbaycanın regional və qlobal səviyyədə sülh və sabitliyin təşviqinə verdiyi töhfənin mühüm göstəricilərindən biri kimi qiymətləndirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə müdiri, baş ədliyyə müşaviri Faiq Səfərov və Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli də çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Çıxışlarda ictimai həmrəyliyin, milli birliyin və vətəndaş həmrəyliyinin ölkədə sülh və təhlükəsizliyin möhkəmləndirilməsində mühüm rol oynadığı vurğulanıb.
Qeyd olunub ki, sabit və dinamik inkişaf edən Azərbaycan müxtəlif mədəniyyətlər arasında dialoqun inkişafına mühüm töhfələr verməklə Cənubi Qafqazda sülh və təhlükəsizliyin əsas təminatçılarından birinə çevrilib.
Tədbirin sonunda iştirakçılara mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.
Digər xəbərlər