NAXÇIVAN :

13 Fevral 2026, Cümə

Naxçıvan şəhərində ümumi məhsul buraxılışı 9,9 faiz artıb

...

"Ötən il Naxçıvan şəhərində ümumi məhsul buraxılışı 2024-cü illə müqayisədə 9,9 faiz artaraq 690 milyon 428 min 700 manat dəyərində olub". 
"Şərq qapısı" xəbər verir ki, bu barədə Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilən “2025-ci ildə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş hesabat tədbirində İcra Hakimiyyətinin başçısı Cabbar Musayev məlumat verib. 
O qeyd edib ki, əsas kapitala yönədilmiş vəsait isə 228 milyon 271 min 300 manat olub. Bu da 41,7 faiz artım deməkdir. Tikinti-quraşdırma işlərinə  qoyulan vəsait 14,7 faiz artımla 149 milyon 443 min 400 manat təşkil edib.

Nəşr edilib : 12.01.2026 21:15