Naxçıvanda daha bir mühüm konfrans
23:23 13.05.2025
0
0
0
"Şərq qapısı" xəbər verir ki, hadisə Naxçıvan şəhəri, Heydər Əliyev prospekti ilə Atatürk küçəsinin kəsişməsində qeydə alınıb.
Qəza zamanı 75-BN-886 dövlət nömrə nişanlı "Renault" markalı avtomobillə 67-BL-094 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil toqquşub. Avtomobillərə ciddi ziyan dəyib.
Hadisə zamanı 1 nəfər xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər