NAXÇIVAN :

25 Avqust 2026, Çərşənbə axşamı

Naxçıvan şəhərinin bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq

...

Naxçıvan şəhərindəki qaz quyularında mövcud olan kranlar yenisi ilə əvəzlənəcək.
"Şərq qapısı" xəbər verir ki, bununla əlaqədar iyunun 5-i saat 14:00-dan saat 17:00-dək şəhərin Əziz Əliyev küçəsi, "Cahan" Gənclər şəhərciyi, Xətai, 11, 20, 21-ci, Qoçüstü, Çənlibel məhəllələri, 57 Bazar, Sabir küçəsinin bir hissəsi, Nazim Hikmət küçəsi və 48, 49-cu məhəllələrində mavi yanacağın verilişi dayandırılacaq. 
Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.

Nəşr edilib : 04.06.2025 22:08