NAXÇIVAN :

27 Noyabr 2026, Cümə

Naxçıvan təmsilçisi kunq-fu üzrə Azərbaycan birincisi olub

...

14-15 noyabr 2026-cı il tarixlərdə Bakı şəhərindəki Sərhədçi İdman Mərkəzində kunq-fu idman növü üzrə XXXII Azərbaycan çempionatı və birinciliyi keçirilib. 
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na verilən məlumata görə, ölkənin müxtəlif bölgələrini təmsil edən 65 klub daxilində 450-dən çox idmançı mükafatlar uğrunda mübarizə aparıb. 
Naxçıvanda fəaliyyət göstərən Levent Bulut Fight Club Akademiyasının idmançısı Turan Abbasov birincilikdə uğurla çıxış edib. 2015-ci il təvəllüdlülər arasında 36 kq çəki dərəcəsində mübarizə aparan T.Abbasov yarışın qızıl medalına sahib çıxmaqla ölkə birincisi olub.

Nəşr edilib : 16.11.2026 17:36