Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna ...
15:57 01.09.2026
0
0
0
NAXÇIVAN :
01 Sentyabr 2026, Çərşənbə axşamı
Naxçıvan Muxtar Respublikasında taxıl biçini başa çatıb, ötən illə müqayisədə taxıl istehsalı 22,0 faiz artıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən “Şərq qapısı”na verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında 13 778,1 hektar taxıl sahəsində biçin aparılıb. Biçilmiş sahələrin 4 108,2 hektarını buğda, 9 669,9 hektarını isə arpa sahələri təşkil edib.
Muxtar respublika üzrə, ümumilikdə, 45 914,2 ton taxıl məhsulu istehsal olunub. Məhsulun 15 320,4 tonu buğdanın, 30 593,8 tonu isə arpanın payına düşüb. Taxıl üzrə orta məhsuldarlıq hər hektardan 33,3 sentner, o cümlədən buğda üzrə 37,3 sentner, arpa üzrə 31,6 sentner olub.
Rayonlar üzrə ən yüksək orta məhsuldarlıq Şərur rayonunda qeydə alınıb. Burada hər hektardan orta hesabla 41,9 sentner olmaqla, 11 578,0 ton taxıl toplanıb. Sədərək rayonunda hər hektardan 39,1 sentner olmaqla, 6 288,0 ton, Babək rayonunda 34,4 sentner olmaqla, 14 747,8 ton, Ordubad rayonunda 29,0 sentner olmaqla, 1 686,4 ton, Culfa rayonunda 25,5 sentner olmaqla, 3 266,5 ton, Şahbuz rayonunda 25,4 sentner olmaqla, 1 326,0 ton, Kəngərli rayonunda isə hər hektardan 24,3 sentner olmaqla, 5 504,1 ton taxıl məhsulu toplanıb. Naxçıvan şəhərində hər hektardan orta hesabla 32,0 sentner olmaqla, 1 517,4 ton taxıl məhsulu əldə edilib.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ildə muxtar respublikada 15 029,4 hektar sahədən 37 648,8 ton taxıl toplanıb, orta məhsuldarlıq hər hektardan 25,1 sentner təşkil edib.
Digər xəbərlər