Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəl...
16:22 29.09.2026
0
0
0
Naxçıvanda alternativ və bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb. Dövlət Statistika Komitəsindən “Şərq qapısı”na bildirilib ki, cari ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında əmtəəlik elektrik enerjisi istehsalı 360 133,4 mVt.saat təşkil edərək ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9% artıb.
İstehsal olunan ümumi elektrik enerjisinin 59,7%-i alternativ və bərpa olunan enerji mənbələrinin payına düşüb.
Hesabat dövründə elektrik enerjisi istehsalı istilik elektrik stansiyalarında 145 228,8 mVt.saat, su elektrik stansiyalarında 175 507,1 mVt.saat, Günəş və külək elektrik stansiyalarında isə 39 397,5 mVt.saat olub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə alternativ və bərpa olunan enerji mənbələrindən əldə olunan elektrik enerjisinin həcmi 44,6% artıb.
Digər xəbərlər