Naxçıvanda daha bir mühüm konfrans
23:23 13.05.2025
0
0
0
"Şərq qapısı" xəbər verir ki, hadisə şəhərin Azadlıq küçəsində qeydə alınıb. Sərxan Babayevin idarə etdiyi 75-BN-561 dövlət nömrə nişanlı "Toyota Prius" yolu qarşı tərəfə keçən 2006-cı il təvəllüdlü Quliyeva Gülsüm İlqar qızı, Quliyeva Dərya Səməd qızı, İsayeva Əfsanə İsa qızı və 2005-ci il təvəllüdlü Xanimzər Tağıyevanı vurub. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Gülsüm Quliyevanın vəziyyəti ağır olduğundan o, Reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər