NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Naxçıvanda baş verən qəzada 3 nəfər xəsarət alıb

...

Hadisə Naxçıvan-Culfa magistralının Babək rayonu, Nehrəm qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. 72-BC-195 dövlət nömrə nişanlı "Niva" markalı avtomobillə 72-BC-683 dövlət nömrə nişanlı "Daewoo Nexia" markalı avtomobilin toqquşması nəticəsində 1995-ci il təvəllüdlü Qasımlı Qasım David oğlu, 1979-cu il təvəllüdlü Seyidov Niyaməddin Mirdaməd oğlu və 1959-cu il təvəllüdlü Rzayev Kazım Yəhya oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 31.03.2026 19:17