NAXÇIVAN :

29 Noyabr 2026, Bazar

Naxçıvanda daşınmaz əmlakın dövlət qeydiyyatı 20,4 faiz artıb

...

2026-cı ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən 9310 daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınıb. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyat sayında 20,4 faiz artım müşahidə olunub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən "Şərq qapısı"na verilən məlumata görə, qeydiyyata alınan əmlaklardan 4224-ü torpaq sahəsi, 3530-u fərdi yaşayış və bağ evi, 1180-i mənzil, 185-i qeyri-yaşayış sahəsi, 178-i qeyri-yaşayış binası, 13-ü isə əmlak kompleksidir.
Cari ilin 9 ayı ərzində daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastr xidmətlərindən, ümumilikdə, 1,8 milyon manat xidməthaqqı daxil olub. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 94 min manat və ya 5,3 faiz çoxdur.

Nəşr edilib : 26.10.2026 11:21