NAXÇIVAN :

28 Noyabr 2026, Şənbə

Naxçıvanda dövlət əmlakının icarəsindən dövlət büdcəsinə daxilolmalar 52,7 faiz artıb

...

2026-cı ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz dövlət əmlakının icarəyə verilməsinə dair 150 yeni müqavilə bağlanılıb. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən "Şərq qapısı"na verilən məlumata görə, yeni bağlanılan müqavilələrin 94-ü qeyri-yaşayış, 56-sı isə torpaq sahələrinə aid olub. 185 icarə müqaviləsinin müddəti uzadılıb.
Ötən 9 ay ərzində qüvvədə olan icarə müqavilələri üzrə dövlət büdcəsinə, ümumilikdə, 754,5 min manat vəsait daxil olub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 52,7 faiz çoxdur.

Nəşr edilib : 26.10.2026 10:55