Azərbaycanın daha bir güləşçisi Avropa çempionu ol...
22:51 22.04.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən “Şərq qapısı”na verilən məlumata görə, 2026-cı ilin yanvar ayında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1 milyon 6 min 800 manat vəsait yönəldilib ki, bu da bir il öncəki göstəricidən 32,4 faiz azdır.
İstifadə olunmuş vəsaitin 691 min manatı və ya 68,6 faizi məhsul istehsalı sahələrinə, 215 min 700 manatı və ya 21,4 faizi xidmət sahələrinə, 100 min 100 manatı və ya 10,0 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala vəsait qoyuluşunun 314 min 100 manatı və ya 31,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 45,3 faiz azdır.
Eyni zamanda cari ilin yanvar ayında muxtar respublikada 9 milyon 678 min 700 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bunun da 44 min 400 manatı bitkiçilik sahəsi üzrə, 9 milyon 634 min 300 manatı isə heyvandarlıq sahəsi üzrə olub. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 0,1 faiz artıb.
Digər xəbərlər